Qadın-kişi tualetini ayırmaq üçün Bülent Ersoyun əvvəl-sonra şəkillərini vurdular - FOTO

Qadın-kişi tualetini ayırmaq üçün Bülent Ersoyun əvvəl-sonra şəkillərini vurdular - FOTO<span class="qirmizi"></span>

Türkiyənin İzmir şəhərində restoranların birində qadın və kişi tualetini ayırmaq üçün keçmişdə cinsiyyətini dəyişib qadına çevrilən Bülent Ersoyun şəkillərindən istifadə ediblər. Kişi tualetinin girişinə onun kişi halını, qadın tualetinin girişinə isə qadın formasını əks etdirən fotolar vurulub.

BiG.AZ türk mətbuatına istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə "Hətta tualet seçimi də çətindir bu həyatda" şərhiylə paylaşıldıqdan sonra gündəmə çevrilib.

Məsələdən xəbər tutan Ersoy şəxsiyyətinə zərər vurulduğu, qürurunun zədələndiyi və məsxərə olunduğunu üçün həmin restoranla bağlı məhkəməyə şikayət etməyi düşünür.

Natəvan Baxşiyeva

 

 

 

 

 

Mənbə: big.az