Sertap Erener ilk dəfə Azərbaycana gəlir

Sertap Erener ilk dəfə Azərbaycana gəlir<span class="qirmizi"></span>

Türkiyəni 2003-cü ildə Avroviziya mahnı müsabiqəsində qalib edən populyar müğənni Sertap Erener ilk dəfə Azərbaycana gəlir.

Güclü vokal imkanına malik olan sənətçi sevgililər günündə - 14 fevral tarixində Bakı Konqres Mərkəzində solo konsert verməyə hazırlaşır.

"Aşk", "Umrumda değil", "İyileşiyorum", "Bu böyle", "Koparılan çiçekler" kimi sevgi mahnılarının ifaçısı azərbaycanlı pərəstişkarları üçün iki saatlıq özəl çıxış edəcək.

"KEvents" və "Peachline"nın təşkilatçılığı ilə keçiriləcək gecə üçün biletlər 10-250 AZN arasında dəyişir.

 

 

 

 

 

Mənbə: sonxeber.az