Məşhur simalar dəhşətli zəlzələdən yazdılar

Məşhur simalar dəhşətli zəlzələdən yazdılar<span class="qirmizi"></span>

 

Məşhur simalar Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra sosial şəbəkə hesablarından dəstək mesajları paylaşıblar.

Teleqraf.com Türkiyə mətbuatına istinadən bəzi paylaşımları təqdim edir:

Müğənni Ajda Pekkan zəlzələdən sonra İnstaqram hesabında bunları yazıb: "Ölkəmizin cənub-şərqində baş verən zəlzələ xəbəri ilə qaranlıq bir səhərə oyandıq. Zəlzələdə həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyirəm. İlk duamız odur ki, xilasını gözləyən hər kəsi dağıntılar altından qurtara bilək. Çox təəssüf edirəm. Keçmiş olsun, Türkiyə".

Aktyor və müğənni Semiramis Pekkan kədərini bu sözlərlə dilə gətirib:

“Belə bir hüznlü səhərə və dəhşətli xəbərə oyandıq. Tək ümidim bu fəlakətdən az itki ilə sağ çıxmaqdır. Həyatını itirənlərə Allahdan rəhmət diləyirəm. Dualarımız köməyə ehtiyacı olanlarladır".

Tarkan şəxsi sosial media hesablarında “Kahramanmaraşda baş verən və bütün bölgəyə təsir edən zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirəm. Çox üzgünəm. Keçmiş olsun”- deyərək kədərini ifadə edib.

Aktyor, ssenarist, rejissor Cem Yılmaz: "Böyük zəlzələdən sağ çıxanlara Allah şəfa versin. Bütün axtarış-xilasetmə qruplarına güc diləyirəm. Həyatını itirənlərə Allah rəhmət eləsin”.

Aktyor Engin Altan Düzyatan: "Türkiyə üçün dua edin. Kahramanmaraşda baş verən və bir çox şəhərdə hiss olunan zəlzələdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılara şəfalar diləyirəm”.

Müğənni və aktrisa Gülben Ergen: "Ölkəmizin yaşadığı bu dəhşətli fəlakət üçün, lütfən, sosial mediada doğru mesajları doğru yerlərə çatdırmağa diqqət edin. Bu soyuqda bu dərin ağrı üçün hamımız səfərbər olaq”.

Müğənni AKUT, AFAD, Ahbap və Kızılay kimi dərnəklərin rəsmi hesablarını işarələyib.

Aktyor, prodüser və ssenarist Şahan Gökbakar: "Zəlzələ çox kədərlidir. Keçmiş olsun. Əziz dostlar, indi dağıntılar altından insanları tez bir zamanda çıxarmağın və bölgə xalqını birlik və həmrəylik içində dəstəkləməyin vaxtıdır”.

Aktyor Burak Özçivit: "Tez sağal, Türkiyəm. Fəlakətdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə və yaxınlarına başsağlığı, yaralananlara isə şəfa diləyirik. Allah ölkəmizi, millətimizi hər cür bəlalardan qorusun”.

Müğənni Demet Sağıroğlu: "Tez sağal, Türkiyəm. Başımız sağ olsun Kiçik, böyük az və ya çox olmasından asılı olmayaraq hər kəsin afad.gov.tr ​​saytına ianə verməsi lazımdır”.

Aktrisa Binnur Kaya AFAD-ın təcili əlaqə nömrələrini paylaşarıq yazıb: "Bu soyuqda, bu qarda Allah hamıya kömək olsun".

Selda Bağcan, Erol Evgin, Emel Sayın, aktyor Tolga Sarıtaş "Keçmiş olsun, Türkiyə" yazıb, müğənni Sibel Can, Murat Boz və aktrisa Cengiz Coşkun həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib.

Mənbə: teleqraf.com