Dağıntılar altında qalan qadın Haluk Leventə mesaj yazdı

Bu gün səhər saatlarında Türkiyədə baş verən zəlzələ zamanı dağıntılar altında qalan qadın müğənni Haluk Leventə mesaj göndərib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı həmin xanımın şəklini sosial şəbəkə hesabında yayımlayıb. Aysel adlı qadın şəklini paylaşaraq "Məni xilas edin" sözlərini yazıb və ifaçını işarələyib.

Haluk isə onun sözlərinə "Əziz Aysel, telefonunuzun enerjisini bitirməyin. Köməyə gəlirlər" reaksiyasını verib. "Ahbap" dərnəyinin rəhbəri olan Levent özünün də yardım üçün əraziyə getdiyini vurğulayıb.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə axtarış-xilasetmə işlərinə 2 “Bayraktar AKINCI” cəlb edilib

SONRAKI XƏBƏR

Allahşükür Paşazadə başsağlığı verdi - VİDEO