Kapadokiya turist sayında rekord qırdı

Kapadokiya turist sayında rekord qırdı<span class="qirmizi"></span>

2023-cü ilin yanvarında Kapadokya qonaq sayında rekorda imza atdı.

SİA-nın əldə etdiyi məlumata görə, təbii gözəllikləri, tarixi və mədəni sərvətləri ilə yerli və xarici turistləri cəlb edən turizm mərkəzlərindən biri Kapadokiyaya 2023-cü ilin yanvar ayında 174 min 222 qonaq gəlib.

Nevşehir Valiliyindən verilən yazılı məlumata görə, bölgədə ən çox gəzlilən yer 49 min 467 qonaqla Zelve xarabalığı, 48 min 287 adamla Göreme Açıq Hava Muzeyi və 27 min 113 nəfərlə Kaymaklı yeraltı şəhəri olub.

Kapatokiyadakı muzey və xarabalıqları 2019-cu ildə 123 min 244, 2020-ci ildə 159 min 245, 2021-ci ildə 42 min 560, 2022-ci ildə isə 88 min 677 turist gəzib.

İndoneziyalı turist Asman Dau Kapatokiyaya səyahət təəssüratını belə paylaşır: “Kapadokiya başqa yerdə rast gəlmədiyim maraqlı bir təbiətə malikdir. Bura çox möhtəşəm bir yerdir. Tarixi binalar heyrətamizdir. Ölkəmə qayıdanda burada çəkdiyim şəkilləri dostlarıma göstərəcəyəm".

İndoneziyanın digər vətəndaşı Muda Yadav qayadan oyulmuş tarixi kilsələrdəki freskaların onu heyran etdiyini bildirib və bölgədə uzun illər qorunub saxlanılan qalıqları maraqla araşdırdığını söyləyib.

Mənbə: sia.az