Dünya ulduzlarından zəlzələ ilə bağlı PAYLAŞIM - FOTO

Dünya ulduzlarından zəlzələ ilə bağlı PAYLAŞIM - FOTO<span class="qirmizi"></span>

Türkiyədə baş verən zəlzələdən sonra dünya şöhrətli aktyorlar Rassell Krou, Dua Lipa və Mark daxil olmaqla bir çox sənətçi sosial mediada Türkiyəyə başsağlığı verib.

Bizim.Media xəbər verir ki, “Oskar”lı aktyor Rassel Krou şəxsi “Twitter” hesabında "Ah Türkiyə. Çox dəhşətli xəbərdir" ,-deyə paylaşım edib.

Aktyor və rejissor Antonio Banderas “Instaqram” hesabından zəlzələnin baş verdiyi bölgənin xəritəsini paylaşaraq, faciə ilə əlaqədar Türkiyə və Suriya xalqını həmrəylik hissi ilə qucaqladığını bildirib.

3 “Gremmy” mükafatının sahibi, britaniyalı müğənni Dua Lipa şəxsi “Instaqram” hesabında Yiğit Turhanın paylaşımını "Türkiyə üçün üzüldüm. Zəlzələdən zərər çəkənlərə sevgi və dualarımı göndərirəm",-deyə qeyd edib.



Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media