Gülben Ergendən azərbaycanlı FHN əməkdaşları ilə bağlı PAYLAŞIM - FOTO

Gülben Ergendən azərbaycanlı FHN əməkdaşları ilə bağlı PAYLAŞIM - <span class="qirmizi">FOTO</span>

Türkiyəli müğənni Gülben Ergen azərbaycanın Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o sosial şəbəkə hesabında həmyerlilərimizin fotosunu paylaşaraq “Azərbaycan ikinci bir çevik xilasetmə qüvvələrini Türkiyəyə göndərdi. Səsimizi eşidən, bizə köməyə gələn bütün qardaş ölkəmizə təşəkkür edirik” sözlərini yazıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri artıq qardaş ölkədədirlər.

Mənbə: baku.ws