Yazıçı Anardan qalmaqal: "Mən deyərdim ki, 203 mini 3 yerə bölmüşük"

Yazıçı Anardan qalmaqal: "Mən deyərdim ki, 203 mini 3 yerə bölmüşük"<span class="qirmizi"></span>

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar təşkilatın XIII qurultayında jurnalistin səsləndirdiyi 203 min manat haqqında sualla münasibət bildirib.

Ölkə.Az xəbər verir ki, İTV-nin efirində 3D verilişinin qonağı olan xalq yazıçısı sualı “qərəzli” adlandırmasa da, qeyri-etik hesab etdiyini söyləyib:

“Mən Çingizə (Xalq yazıçısı Çingiz Abdullayev-red.) dedim ki, sənin yerinə olsaydım, mən belə cavab verərdim: Bilirsən, bunu 3 yerə böldük. Birini Anar götürdü, birini mən Çingiz götürdüm, birini də sənin üçün saxlamışıq. Çingiz bir az hissə qapılıb “ölmürsünüz” deyib. Mən o cəhətdən Çingizi müdafiə etmirəm. Gərək elə deməzdi, amma o adamı yerinə otuzdurardı. Xalq yazıçısına elə sual verirsən ki, sanki pulları götürüb cibinə qoyub. O pulları orada necə görə bilərdilər?! Gərək o pulları orada paylayardıq? Ya da masaların üstünə şampan, kürü qoyardıq?

Qurultayın xərcləri var idi. Hamısı qəpiyinə qədər dəqiq hesablanıb ora xərclənib.

203 min o tədbir üçün çox deyildi, hətta bir az az idi”, - deyə AYB sədri bildirib.

Qeyd edək ki, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı üçün 203 min manat xərclənməsi ilə bağlı suala "Utanmırsınız, bir belə Xalq yazıçısından soruşursunuz pullar hanı? Ölmürsünüz?" cavabını vermişdi.

Billurə

 

Mənbə: olke.az