Azərin: “O binaları inşa edənlərə Allah hidayət versin” - VİDEO

“Allah özü kömək olsun, bütün gecə dualar etmişik. Oradakı insanlar soyuqda qalıblar. Həmin görüntüləri izləmək olmur. Xüsusilə də dağıntılar altından çıxarılan uşaqları izləyəndə insan sevinc göz yaşları tökür ki, onlar xilas edilirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Səhər mərkəzi” verilişinin canlı yayımına telefon vasitəsi ilə qoşulan Xalq artisti Azərin Türkiyədə baş verən dəhşətli fəlakətlə bağlı danışarkən bildirib.

Sənətçi, həmçinin zəlzələ baş verən ərazilərdəki binaların keyfiyyətsiz şəkildə inşa edilməsindən narazılığını dilə gətirib:

“Türkiyə zəlzələ üzərində olan bir ölkədir. Bundan sonrakı dövrlərdə Allah hidayət versin, o binaları inşa edənlərə. Təsəvvür edin, 3 ilin binası çöküb. Allah hidayət versin, o insanlara ki, Türkiyədə bu binaları tikirlər. Bundan sonra bu bölgələrdə dözümlü binalar tikilsin. Çünki bu insan həyatıdır. Bu binalar o vəziyyətdə olmamalıdır”.
 

 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Şahın atasının türbəsi məhv olur - FOTO

SONRAKI XƏBƏR

Gəncədə toy karvanında avtoşluq edən şəxs cəzalandırıldı