"Əsgərlər axtarışlara cəlb olunsun!" - Mahsun Kırmızıgül - FOTO

"Əsgərlər axtarışlara cəlb olunsun!" - Mahsun Kırmızıgül - FOTO<span class="qirmizi"></span>

Məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül dəhşətli zəlzələ ilə bağlı paylaşım edib.

BiG.AZ xəbər verir ki, o, şəxsi "İnstagram" səhifəsnin "Hekayələr" bölümündə insanlara başsağlığı verərək, əsgərlərin fədakarlığı barədə yazıb və onları yardıma səsləyib.

Kırmızıgül 1939-cu ildə baş verən güclü Ərzincan zəlzələsini xatırladaraq bu sözləri yazıb:

"Bu ölkənin ən böyük fəlakətlərindən olan Ərzincan zəlzələsində əsgərlər insanlara yardım etməsəydi, o buz kimi havada heç kim xilas olmazdı. Ölkəmiz hər çətinliyə düşdükdə əsgərlər köməyə gəldi. Dağıntılar altında qalan on minlərlə cana əsgərlər yardım edə bilərlər. Əsgərlər cəlb olunsun!"

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı həlak olanların sayı 3 419 nəfərə, yaralananların sayı isə 20 426 nəfərə çatıb. 10 şəhərdə hiss olunan zəlzələ nəticəsində 6 217 bina dağılıb.

Ərzincan zəlzələsi

27 dekabr 1939-cu ildə Türkiyənin Ərzincan vilayətində baş verib və tarixdə "Anadolu zəlzələsi" kimi tanınır. Rixter cədvəli üzrə 7.9 bal gücündə olan zəlzələ 57 saniyə davam edərək Ərzincanı darmadağın edib.

Zəlzələ Amasya, Tokat, Ordu, Sivas, Kırşehir, Ankara, Çanqırı, Kayseri şəhərlərində də hiss olunub. Qar və mənfi 30 dərəcəyə çatan şaxta insan tələfatının sayının çoxalmasına səbəb olub. Nəticədə, təqribən, 17 min bina dağılıb, 100 min insan yaralanıb, rəsmi məlumatlara görə 33 min, qeyri-rəsmi məlumatlara görə isə 400 min insan həlak olub. Şahidlərin sözlərinə əsasən, 400 nəfər sakini olan bir kənddə yalnız 1 qız sağ qalmışdı.

Ümumiyyətlə, Ərzincan son min ildə təbii fəlakətlərin təsirindən 11 dəfə darmadağın olub.

Natəvan Baxşiyeva

 

 

 

 

 

Mənbə: big.az