Məşhur aktyorun da ailəsi tapılmır

Məşhur aktyorun da ailəsi tapılmır<span class="qirmizi"></span>

Aktyor Erkan Petekkaya sosial media hesabında həyat yoldaşı Didem Petekkayanın yaxınlarının dağıntılar altında qaldığını açıqlayıb və kömək istəyib.

Publika.az xəbər verir ki, Petekkaya sosial şəbəkədəki paylaşımı ilə səlahiyyətlilərə müraciət edib.

Petekkaya açıqlamasında bu ifadələrdən istifadə edib:

"Əziz həyat yoldaşım Didem Petekkayanın yaxın qohumları dağıntılar altındadır. Onları tapa bilmirik, lütfən, kömək edin. Allah hamımızın köməyi olsun".

O, xilasedicilərin onlara kömək etməsi üçün zərərçəkmişlərin ünvanlarını qeyd edib.

 

Ayşən

 

Mənbə: publika.az