Xalq artistinin yaxınları zəlzələ bölgəsindədir

Xalq artistinin yaxınları zəlzələ bölgəsindədir<span class="qirmizi"></span>

"Qayınanamgil Türkiyədədir. Onlar İstanbuldadır. Onlar da qorxunu, həyəcanı yaşayırlar".

OLAY yazır ki, bu sözləri "Səhər mərkəzi" verilişində Xalq artisti Gülyanaq Məmmədova deyib. O bildirib ki, Adanada da yaxınları var:

"Adanada bir yaxınımız var. Fərid həkim. Hansı ki, həyat yoldaşım onun və həkim dostlarının sayəsində sağlamlığına qovuşmuşdu. Fərid də bu həyəcanı yaşayıb, pənəcərədən çıxaraq özünü xilas edib. İndi xəstələrinin başındadır. Danışırıq, səslərinin titrəyişindən acınacaqlı vəziyyət bəlli olur. Bizi hər gedəndə istənilən ünvana çatdıran taksi sürücüsü var idi, bizə ailəsi doğmalaşmışdı. Onların da evləri uçub. Vəziyyət çox pisdir biz də onların dərdinə şərikik".

 

 

 

 

 

Mənbə: sonxeber.az