“Evinizdə lazım olmayan əşyaları yardım üçün gətirməyin”

“Evinizdə lazım olmayan əşyaları yardım üçün gətirməyin”<span class="qirmizi"></span>

Aktyor Kamran Ağabalayev Türkiyədə baş verən zəlzələdə zərər görənlərə yardım edənlərə səslənib.

Videomüraciət yayan aktyor bir çoxlarının ikinci əl geyimlər gətirdiyini bildirib. O qeyd edib ki, bu cür paltarlar infeksiya mənbəyidir:

“Çox xahiş edirəm, anlayışla qarşılayın. Mənim tələbim deyil, Qızıl Aypara Cəmiyyəti bunu istəyir. Dağıntıların altından çıxanların immuniteti zəifdir. Geyinilmiş paltarlardan mikrob qapa bilərlər. Evinizdə lazım olmayan nələrisə gətirmək yardım etmək demək deyil”.

Qeyd edək ki, türkiyəli müğənni Haluk Levent də insanlara müraciət edərək, geyinilmiş libas göndərməmələrini söyləyib.

Mənbə: minval.info