“Qarabağ”la bağlı sənədli film təqdim olundu - FOTOLAR

“Qarabağ”la bağlı sənədli film təqdim olundu -

Bu gün Heydər Əliyev Mərəzində “Qarabağ FK-30 mövsüm səfərdə” sənədli filminin təqimat mərasimi keçirilib.

Tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, gənclər və idman naziri Fərid Qayıbov, “Qarabağ”ın kollektivi, eləcə də bir sıra tanınmış şəxslər iştirak edib.

“Salnaməfilm” studiyası, Bakı Media Mərkəzi və İctimai Televiziyanın birgə istehsalı olan sənədli film Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, prodüserləri Orman Əliyev, Balakişi Qasımov, quruluşçu rejissoru Fuad Quliyev, ssenari müəllifləri İsmayıl Səfərəli, Roman Orkodaşvili, Ramil Ələkbərov, Fuad Quliyev, quruluşçu operatoru Mateuş Çuxnovski, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rəşad Haşımovdur.

Qeyd edək ki, üç seriyadan ibarət film “Qarabağ” komandasının hekayəsidir. 

Fotolar: Pərvin Zeynal






Mənbə: qafqazinfo.az