Zenfira ərinin xəyanətini ETİRAF ETDİ - VİDEO

Zenfira ərinin xəyanətini ETİRAF ETDİ - <span class="qirmizi">VİDEO </span>

"Böyüklərim hər zaman mənə deyirdi ki, gördün ki, kişi bir balaca əsəbidir otağını dəyiş. Qaldığın otaqdan qaç. Qoy biraz əsəbləri sakitləşsin. Bu deyimləri isə mən hər zaman özüm üçün örnək götürürəm. Bəşəriyyət elə yaranıb ki, kişi hər zaman xəyanət edir. Bizim isə xanımlarımız bağışlamağı bacara biliblər".  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zenfira İbrahimova "MTV maqazin" verilişinə müsahibəsində deyib.  

Fitnes məşqçi Anar Heydərovla ailəli olan Zenfira həyat yoldaşının ona xəyanət etdiyini ilk dəfə etiraf edib: "Böyük bir xəyanət olsa, mən əsla bağışlamaram. Mən onu qəbul etmərəm. Amma kiçik yalanlar, xəyanətləri bağışlamaq olar.

Elə dövrdə yaşayırıq ki, ətrafımızfa olan insanlar da bəzən öz yaxın bildiyi insana xəyanət edirlər. Belə cılız söhbətlərə görə, heç zaman ailəmə qarşı bu cür addımlar atmaram. Olub ki, həyat yoldaşım xəyanət edib, amma mən onu ciddiyə almamışam. Yəni ciddi bir şey olmayıb. Sms vasitəsi ilə tutmuşam. Bunu böyük bir xəyanət hiss etməmişəm.
Ona kimsə mesaj yazmışdı. Adı da vardı. Elə bir insan deyiləm ki, o qadına nəsə yazım və ya cavab verim. Xanım ilk öncə özünə hörmət etməlidir. Əgər o xanım evli bəyə yazırsa, birinci növbədə özünə hörmət etməlidir. Əgər yazırsa birbaşa özünə hörmətsizlik etmiş olur.  

Həmin xanım Anarın "Instagram" hesabının "direct"inə yazmışdı. Ondan sonra Anar səhifəsinin şifrəsini dəyişib. İndi heç nə bilmirəm. Bir kəlimə söz söylədim bununla da bitdi bu söhbət. Anara dedim ki, bir də belə bir şey görməyim. Allahım şahiddir ki, bilmirəm və görməmişəm".  
İbrahimova bildirib ki, əri Heydərovun həyatında özündən güclü qadın görmür:

"Özümdən güclü qadın Anarın həyatında görə bilmirəm. O isə hərtərəfli güclü insan tapa bilməz. Çünki gözəl anayam, sənətçi və zəhmətkeş insanam. Zəhmətimin hesabına bu pillələrə gəlib çıxmışam.

O mesajı isə o yerə gətirmərəm ki, böyük "fil" edib şişirdim. Heç zaman... Sevgi üstündə qurulan ailələri bu cür cılız məsələlər yıxa bilməz.  

Anarla bir böyümüşəm. Onun 23 mənim isə 21 yaşım vardı ailə quranda. Biz ailəmizi zəhmətimizlə, ikimiz də işləyərək qurmuşuq. Övladlarımız da artıq böyükdür. Belə şeylərə görə bizim ailəmizdə problem ola bilməz".  

Qeyd edək ki, Zenfira və Anar cütlüyünün bir qız və bir oğlan övladı var.  

Mənbə: bizim.media