Tuba zəlzələdən zərərçəkənlər üçün xeyriyyə gecəsi təşkil edəcək

Türkiyəli aktrisa Tuba Büyüküstün həmkarı Fırat Çelik ilə bərabər zəlzələdən zərəçəkənlər üçün xeyriyyə gecəsi təşkil edəcək.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Tuba UNICEF-in xoşməramlı səfiri olaraq həmin gecənin təşkilatçısı olacaq.

“3 aprel 2023-cü ildə La Tour Eyfel Teatrında fransız sənətçilərin iştirakı ilə keçiriləcək gecədən əldə ediləcək bütün gəlir UNICEF Türkiyənin hesabına köçürüləcək", - deyə Tuba bildirib.

Xeyriyyə kampaniyasında iştirak edəcək məşhurlar arasında Artus, Ceremi Ferrari, Paul Mirabel, Verino, La Bajon və Camille Aumont Carnel var.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə və İsrail prezidentləri arasında telefon danışığı olub

SONRAKI XƏBƏR

Gürcüstan Baş naziri Marneulidə Novruz şənliyinə qatılıb, azərbaycanlıları təbrik edib - FOTO