TƏBİB və DİN-dən Oqtay Əliyevin öldüyü qəza ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO

TƏBİB və DİN-dən Oqtay Əliyevin öldüyü qəza ilə bağlı <span class="qirmizi">AÇIQLAMA – YENİLƏNİB + FOTO/VİDEO</span>

Qəza nəticəsində xəsarət alan Mehriban Zəkinin vəziyyəti orta ağırdır.

Bu barədə TƏBİB  məlumat verilib.

Məlumata görə, TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları rayon ərazisində baş verən qəza ilə bağlı dərhal əraziyə cəlb edilib.

Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

***

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib.

Avtomobili idarə edən sürücü Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutub: “Nəticədə onun idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb. Bir nəfər qadının isə qolu sınıb və xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, Oqtay Əliyev yaxın zamanlarda ürək əməliyyatı keçirib. 

***

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Hadisə Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Mənbə: oxu.az