"Məni həyata qaytarmısan" - FOTO

"Məni həyata qaytarmısan" - FOTO<span class="qirmizi"></span>

Müğənni Xatun Əliyeva dünən avtoqəzada dünyasını dəyişən əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyevin həyat yoldaşı aktrisa Dilarə Əliyevaya dəstək olub.

BiG.AZ xəbər verir ki, Xatun şəxsi "Instagram" səhifəsinin "Hekayələr" bölməsində paylaşım edib.

"Sən o qədər mənə təskinlik vermisən, yanımda olmusan, məni həyata qaytarmısan. İndi sən də özünü ələ alıb, ayağa qalxıb Oqtay müəllimin arzularını həyata keçirəcəksən, həm sənətində, həm də ailəndə. Yaşamağa davam edəcəksən, əzizlər, doğmalar, sevənlərin üçün! Sən güclüsən, Rəbbim sənə kömək olacaq, Amin" - deyə ifaçı qeyd edib.

Xatırladaq ki, 22 mart 2023-cü ildə Saray qəsəbəsi yaxınlığında "Leksus" markalı maşının qəzaya düşməsi nəticəsində sürücü, əməkdar mədəniyyət işçisi, "Soy" prodakşnın rəhbəri, rejissor Oqtay Əliyev həlak olub, onun xanımı, əməkdar artist Dilarə Əliyeva yüngül xəsarət alıb, xalq artisti Mehriban Zəki isə yaralanıb.
Nuranə

 

 

 

Mənbə: big.az