Siqalın oğlu da Rusiya vətəndaşlığı aldı

Siqalın oğlu da Rusiya vətəndaşlığı aldı<span class="qirmizi"></span>

Amerikalı aktyor Stiven Siqalın oğlu Dominik Rusiya vətəndaşlığını qəbul edib.

Kult.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Bildirilib ki, aktyor 33 yaşlı oğlu ilə Rusiyada uşaqlar üçün içməli su və sərinləşdirici içkilərin istehsalı üzrə ixtisaslaşan Beş element MMC-ni yaradıb.

Qeyd edək ki, Stiven Siqal özü də 2016-cı ildə Rusiya pasportu alıb.

Mənbə: axar.az