Selena Heylini müdafiə etdi - FOTO

Selena Heylini müdafiə etdi - FOTO<span class="qirmizi"></span>

Selena Qomez keçmiş sevgilisi Castin Biberin xanımı Heyli Biberlə bağlı paylaşım edib.

Xəbəroxu.Az xəbər verir ki, sənətçi Qomez pərəstişkarları tərəfindən zorakılığa məruz qalan Heylini müdafiə edərək, bu fikirləri bildirib:

“Heyli Biber mənə müraciət etdi və bildirdi ki, ölüm təhdidləri, mənfi mesajlar alır. Bu mənim tərəfdarı olduğum şey deyil. Heç kim nifrət və zorakılığa məruz qalmamalıdır. Həmişə xeyirxahlığı müdafiə etmişəm və bunların dayandırılmasını istəyirəm”.

Qomez həmçinin H. Biberi instaqramda izləməyə də alıb.

Qeyd edək ki, Selena və Castin uzun illər davam edən münasibətdən sonra 2018-ci ildə ayrılıb. Biber Heyli ilə elə həmin ilin sentyabrında nişanlandıqdan sonra, cəmi iki aya gizli şəkildə evləniblər. /// olay.az

 


 

Mənbə: xeberoxu.az