"Məni quyunun dibindən çıxartdın, indi isə sən…"

"Məni quyunun dibindən çıxartdın, indi isə sən…"<span class="qirmizi"></span>

Müğənni Xatun Əliyeva vtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, ifaçı qardaşı, stilist Balaşın vəfatından sonra yanında olan Dilarəyə dəstək olmağa çalışıb.

"Mən də quyunun dibində idim, əlimdən tutdun, dartdın, həyata qaytardın. Dedin "Özünü ələ al. Bəs Balaş səni belə zəif görsə, ruhu şad olmaz". Yeri gəldi üstümə qışqırdın. Mən də sənin varlığından, gücündən, dəstəyindən güc aldım. İnanmazdım quyudan çıxıb, xoş günlər də Allah nəsib edərmiş. İndi mənim gözəl, şən-şux Dilarəm, gülüşü ilə ətrafına sevinc bəxş edən dəyərli insanım, sən o qədər saf niyyətli, billur qəlbli, ağıllı, imanlı, həssas, xanımlar xanımısan... Sən də qalxacaqsan ayağa, yenə də güləcəksən. Banuşun (red. - Oqtay və Dilarənin Banu) toyunu edəcəyik, nəvənin ad günləri məktəbə getməyini, ali məktə qəbul olmağını, gəlin köçməyini, nəticəni qucağına alacaqsan. Amin.

Oqtayın da ruhu şad olacaq. Allahdan sənə səbir, güc, sağlam və bərəkətli ömür dua edirəm" deyə, Xatun paylaşımında yazıb.

Qeyd edək ki, Oqtay Əliyev martın 22-də avtomobil qəzasında həlak olub. Hadisə zamanı maşında Dilarə ilə yanaşı Xalq artisti Mehriban Zəki də olub.

Xatunun qardaşı Balaş isə 2021-ci ildə xərçəngdən vəfat edib.

 

 

 

 

 

Mənbə: big.az