"Kitabi Dədə Qorqud"da problemlli izahatlar

"Kitabi Dədə Qorqud"da problemlli izahatlar<span class="qirmizi"></span>

Həsən Əliyev:
“KDQ”-un orjinalı ilə mətnin müasir şəklini müqayisə etdikdə, insanı düşüncələr aparır.Əgər biz sözlərin arxaikləşdiyinin sürətlənməsi mənzərəsinə baxsaq, hələ 80 il bundan əvvəl görkəmli alim Həmid Araslı “KDQ”-u asan dilə çevirdiyi sözlərin əksəriyyəti bu gün dil lüğətimizdən yoxa çıxmışdır.Görəsən bundan sonra necə olacaqdır?

Əslində “KDQ” türk dünyasının müqəddəs kitabıdır.Hələ yaxşı ki, onun orijinalı əldədir, yoxsa Kalankatlının “Tarixi Səlnaməsi”nin əslinin məhv edilib, əvəzində “saxta erməni səlnamə”si kimi günümüzə gəlib çatmamışdır.

Düşünürəm ki, kitabın müasir şəklinin problemləri dilçilikdə fonoloji izahatdan çox, təsvirlərə geniş yer verilməsidir.
Şifahi xalq yaradıcılığı xalqın anonim bir çələngidir.O bir vaxtda yox, qərinələrdə ərsəyə gələn bir topludur.Bu toplunun orjinal dili onun kimliyinin şəhadətnaməsidir.Yəni – onun şahididir.

Müasir dilçilər müasir dilçilik elminin varlığından yararlanıb bizim keçmiş sözlərimizin elmi surətdə izah edilməsinə nail olmalıdırlar.Necə ki antrapoloqlar kimi.Sözün də genetik nüvəsi vardır.

Dədə Qorqudda adları çəkilən milli geyimlərin bir neçəsinin izahı haqqında misal göstərək.”Qazan xan gavura bir köndər vurdu”.Bu ifadə çox sadə şəkildə “Qazan xan gavura bir təpik vurdu” kimi oxucuya təqdim olunur.Və oxucu da məmnun qalır.Türklərin “təpik” sözü niyə “köndər” oldu?Və niyə bu sözün öz mənası ensiklopedik lüğətdə verilmir?Dildə olan hər bir sözün etimologiyası vardır.Ta qədimdə Qədim Oğuzlar ayaqqabını göndən və dəridən hazırlamışlar.Alt hissəni bərk olsun deyə göndən, üst hissəsini isə yumşaq dəridən hazırlayırdılar.Ayaqqabı geyiminin ilk adı “ göndəri, kondara” və s. kimi olmuşdur.Bu gün də Türkiyədə ayaqqabıya “kondara” deyilir, ancaq mənaca anlaşığı izah olunmur.Bizim işlətdiyimiz “kəndar” sözü də bu semantikadandır.Yəni-“ayaqqabı soyunulan yerdə durma, içəri keç” mənasına gəlir.Kitabdakı “köndər” sözü “kondara” sözündəndir.

2-ci bir söz – “kürk” sözü.Geyim təsvirlə günümüzdə başadüşüləndir.Dilçilik baxımından izaha ehtiyacı vardır.”Kürk” sözü- “kürək” sözündən olub, kürəyi qoruyan geyimdir.Semantikanı tam ödəyir.

3-cü söz – “gömlək”.Bu söz Kitabda çox vaxt “gönlək” kimi gedir.Mən deyərdim ki, insanın geyimi onun özü ilə yaşdaşdır.Bu səbəbdən də bu nominativlər ən qədim adlanmalardır.İnanın ki, teolinqvistikasız dilin gələcəyi yoxdur.O haradasa duracaqdır.Və “daşlaşmış” deyənlər onun inkişafını özləri daşlaşdıracaqlar.

Ən qədim söz həqiqətən Ulu sözdən və Ulu Tanrıdan yaranmadır.Ən qədim türklər inancları olan buğanın canının örtüyünə “gön” demişdilər.Yəni – ulu dil olan “ka-qa” məfhumundan yaratmışlar.Daha doğrusu “gün” sözündən.Məhz bu düşüncədən özlərinin canlarına hazırladığı örtüyə də “gönlək” demişlər.Üst paltarının altından geyilən qədim bir geyim – “can arxalığı” geyimi vardır.”Can” sözü də “gün” sözündəndir.Bu da eyni semantikadandır.Məlumdur ki, qədim tayfalar birləşən zaman öz sözlərini birləşdiyi tayfanın dilindəki sözlərlə sinonim və antonim kimi işlətmişlər.”Gün” sözü kimi “tan” sözü də bir çox tayfaların tanrı və inancı olmuşdur.Dədə Qorquddakı qəhrəman qadın obrazı “Sarı Donlu Selcan Xatun”unun kimliyinə baxsaq onun bu çağrılan adının (nominativi) heç də təsadüfi deyildir.Trabzon təkuru kimdir?İnancı “Ay” olan yunandır.Qədim yunanca “ay”a –“selen” deyilir.”Selena” adı da buradandır.Qədim türk dilində də “ay”a – “sarı” deyilir.”sarı” rəngin adı da buradandır.Adın etimologoyasını öyrənəndə məlum olyr ki, Nominativdəki “sarı donlu” heç də paltarın rəngi deyil onun qədim oğuzca “Ay dinli” olmasına işarədir.”Selcan” sözü də həmin nominasiyanı yunanca tamamıdır.Ad bütövlükdə “Ay dinli Selcan Xatun.(Aycan, oğlanlarda Ayxan)Eyni zamanda bir çox türk tayfalarında “don”- paltar sözü də “tan-gün” inancından yaranmadır.

İbtidai insanı dərk etmədən onun keçmişini dərk etmək mümkün deyildir.Onu duymaq üçün onun kimi düşünməyi bacarmaq labütdür.Bəzən biz buna ən müasir həyatda da rast gəlirik.Əslində bu insanların keçmiş həyata dönüşünü virtuallaşdırır.Cırıq paltar, özlərini süni günəş vannasında qaraltmaq, varlılar az yemək yemək və kəpək çörəyinə üstünlük vermələri, bədənə döymələr(totirovka) edilməsi, yarı geyimsiz dəblər və s.Bəlkə də bu insan beyninin yaddaşının regenerasiyasıdır...

4-cü söz – “kaftan” sözü.Yazanlar sözün özün yox, onun ülgüsündən danışırlar.Məgər türklər başa “kafa” demirlər ki? Yəni – başdan geyinilən geyim.Və s.

Ruslar da ayaqqabıya “каблок” deyirlər.Türklərin “qablıq” sözündəndir.”Arxalığ”a türklərin “sırt” sözündən götürüb, “сюртук” deyirlər.
“KDQ” – da “Qazan bəy oğlı Uruz bəgin tutsaq olduğı boy”- da “Başı Açuq” yer adı (toponimiya) haqqında rəngarəng təsvirlə izahlar verilibdir.Təsvirlərin hamısının məzmunu burada yaşayan insanların başının “açıq” olmasından gedir.Baş örtüyünün formaları, atı çaparkən börklərinin yerə düşüb “başlarının açıq” qalmasından tutmuş, adət-ənənəyədək...

Əslində boyun məzmunu ilə başlığı yer adı kimi biri - biri ilə tam bağlıdır.Təsvirlə izahat heç bir vaxt fonoloji izahatı əvəz edə bilməz.
Boyun məzmununda söylənilir ki, Qazan xan oğlu Uruzla ov məclisi qurub, kef-damaq içərisində sərxoş vəziyyətə düşmüşdülər.Bu vəziyyəti görən casuslar Başı açyq Tatyan qələsində gavur təkura xəbər verdilər.Qara tonlu on altı bin kafər ata binib hücuma keçdi.

Doğrusu Kitabi Dədə Qorqudun yaşının müəyyən olunmasında “kafər” termini müstəsna rol oynamışdır.Bu səbəbdən də onun yaşını İslamın yaşına bərabər tutublar.Əslində “kafər” sözü dastanda bir çox hallarda işlənən “gavur” sözündəndir.Gavurlar oğuzlarla qonşu olan Gaviyanlılardır.Yəni Sasanilər.Kitabda qara çətəli, sası dinli, danışığı qarqa dilinə bənzədilməsi buna əsas verir ki, “sası” sözü “sasani” dinindən olan, və dilləri fars dili olan bizim Dədə Qorquddən bəri olan düşmənlərimiz farslardır.”Gavur” sözü ilə “kafir” sözü ayırd edilmədiyindən öncül dədəqorqudçular tariximizi gödəltmişlər.(1300 il...)Kitabda boyların islamla bağlılığı nəşr dövrünün siyasi gedişi ilə bağlıdır.Kitabda oğuzların islamı yayan bir qurum olması haqqında əsaslı bir motiv yoxdur.Bəzi islami əlavələr üzdəngetmədir.

Qayıdaq əsas məsələyə.Bəzi qorqudçular “Tatyan” yer adını Gürcüstanın Kutaisi şəhəri yaxınlığındakı keçmiş Dadiani knyazlığının ərazisi sayılan Dadiyan adı ilə eyniləşdirib, yer kimi həmin ərazini göstərirlər.Halbuki, dastanın orjinalında göstərilir ki, Burla Xatun Qazanın gec qayıtmasından əndişiyə düşüb, onun izi ilə gavurun qalasına - Dəmirqapı Dərbəndə gəlib çıxdı.(?)

Keçək toponimin fonoloji izahına.”Başı açuq Tatyan qalası”.Burada “başı açuq” sözü “başı uçuq” sözü olub, qalalra ad veriləndə (nominativdə) onun xüsusiyyətləri nəzərə alınması mütləq şərt olmuşdur.Yəqin ki, qala əldən - ələ keçərkən müəyyən dağıntılara məruz qalmışdı.Kaşğarinin lüğətində (tərcümə Pr. Ramiz Əsgərindir.)“uçğuk” – “uçuq” mənasında verilmişdir.Bu gün də mənası bilinən öz sözümüzdür.Və fonoloji cəhətdən uyğundur.

2-ci “Tatyan” sözü.Boy adının məzmunundan görünür ki, Qazan xanın oğlunu gavur “tutsaq – dustaq” alıb qalaya aparır. Kaşğarinin lüğətində “tutğun” sözü “tutğun, əsir, dustaq” kimi izah olunur.”Dustaq” sözü də dastanda “tutsaq” kimi verilmişdir.Əgər biz bu sözə məntiqi cəhətdən yaxınlaşsaq bütün qalalarda dustaqların saxlanması üçün yerlər olması məlumdur.Və biz Dədə Qorqudun yaşının Kaşğaridən daha qədim olmasını nəzərə alsaq “tatyan” sözünün - “tutğun, tutğan, tatyan” kimi yol keçməsinə inanmağın mümkünlüyünü məqbul etmək olar.
Uruzun dustaq düşməsi onu quru qamışın üstündə ağzüüstə uzandırılması cəza kimi dustaqxana üsullarından biri sayılırdı.Qazan xan qalaya çatanda ona verilən işgəncəni bu şəkildə görür.

Araşdırmada aparılan bütün sözlərin fonoloji izahı məzmunla üst-üstə düşməsi göz qarşısındadır.

P.S. Mənim “KDQ”-a dair yazılarımın məqsədi şəxsi münasibətlərdən tam uzaqdır.Heş bir şəxsi marağım yoxdur.Hesab edirəm ki, onlar bunu bilsəydilər mütləq yazardılar.Hər şeyi bir adam bilmir ki.Ancaq mən bunu kitab yazanlara tənqidi məqalə kimi yox, sadəcə millət üçün yazıram.Bu səbəbdən də müəlliflərin adlarını çəkmirəm.Bəziləri kimi özümü yox, Dədə Qorqudu təbliğ edirəm.İnsanın ən çətin dərk etdiyi şey özünüdərkdir.Onu bacarmaq əladır.

Mənbə: paralel.az