"Eyni şeyləri yaşamaqdan çəkinirəm" - FOTO

Aktrisa Ülviyyə Xəlilbəyli növbəti statusu ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən bildirir ki, Ülviyyə hekayə bölməsində səmimi açıqlama verib.

"Uşaqlığımdakı travmaların məndə yaratdığı təəssüratlar, alçaq dostlarımdan "yediyim "kazıklar" (Güvəndiyi şəxs tərəfindən aldadılmaq, zərbə almaq mənasındadır - red.), yeni başlanğıclara doğru getməyimin qarşısını alır. İnsanlara güvənirəm, amma haradasa dirənirəm də. Çünki təkrar eyni şeyləri yaşamaqdan çəkinirəm.

"Ay da bu da belə çıxdı", "Sənə demişdim də" sözlərini eşitmək istəmirəm. Məncə, şərtsiz güvənmək rahat duyğudur. Məndə isə yoxdur. Çoxdan bitib. Qorxularınızla necə baş edirsiz?", - deyə, sənətçi bildirib.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Britaniya kəşfiyyatı: “Ukrayna dronları Rusiyanın Qara dəniz donanmasının qarşısını alır”

SONRAKI XƏBƏR

Millimiz İsveçlə oyunda beş top buraxaraq məğlub oldu - YENİLƏNİB + VİDEO