Alim Qasımov ABŞ-da konsert verib

Alim Qasımov ABŞ-da konsert verib<span class="qirmizi"></span>

Azərbaycanın Xalq artisti, dünyaca məşhur muğam ifaçısı Alim Qasımov ABŞ-ın Texas ştatının Ostin şəhərində yerləşən Texas Universitetinin Butler Musiqi Məktəbində konsert proqramı ilə çıxış edib.

"Report"un ABŞ bürosu xəbər verir ki, musiqili gecəyə ABŞ-da yaşan Azərbaycan icmasının fəalları və yerli ictimayyət nümayəndələri qatılıblar.

Azərbaycan əsilli amerikalı dirijor Fərhad Xudiyev təşkilatçılığı və dirijorluğu ilə baş tutan konsert proqramını Texas Universitetinin simfonik orkestri müşayiət edib.

Gecədə A.Qasımovla bərabər tanınmış musiqiçilərin mahir kamança ifaçısı İmamyar Həsənov, "Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov səhnə alıblar.

Konsert proqramında klassik və avanqard Amerika bəstəkarlarının əsərləri, eyni zamanda Azərbaycan musiqiləri səsləndirilib.

A.Qasımovun ifasında səslənən muğamlar amerikalıların xüsusi marağına səbəb olub.

Gecədə çıxış edən azərbaycanlı rəqqasə Ləman Hendriksin ifa etdiyi milli rəqslər sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Konsert proqramı anşlaqla başa çatıb.

Mənbə: report.az