"Ərgən seriallarının baş rollarına oxşayırlar"

"Ərgən seriallarının baş rollarına oxşayırlar"<span class="qirmizi"></span>

Aparıcı Samir Bayramlının Avroviziya təmsilçilərimiz Tural və Turan Bağmanovlar haqda fikirləri diqqət çəkib.

OLAY yazır ki, bu barədə Samir aparıcısı olduğu "Səhərin səsi" verilişində danışıb. Builki mahnımızla bağlı danışmaq istəməyən Bayramlı əkizlərin görüntüsünün maraqlı olduğunu vurğulayıb:

"Mən elə bir açıqlama vermək istəmirəm. Hər ikisinə də uğurlar. Görüntü olaraq maraqlıdır. "Netflix"in ərgən seriallarının baş qəhrəmanlarına oxşayırlar. Onları həmin seriallarda ingilis kimi görsəm, təəccüblənmərəm".

 

 

 

 

 

Mənbə: big.az