Fanatı reperdən 500 min istəyir

Fanatı reperdən 500 min istəyir<span class="qirmizi"></span>

Məşhur rusiyalı reper Quf (Aleksey Dolmatov) məhkəməyə verilib.

Buna səbəb reperin Moskvadakı konsertini növbəti dəfə ləğv etməsi olub. "Mash" teleqram kanalının məlumatına görə, Qufun pərəstişkarı reperin çıxışını izləmək üçün iki dəfə İndoneziyadan Rusiyaya və geriyə aviabilet alıb.

Qadın ötən il reperin konsertinə bilet alıb. Göstərilən tarixlərdə o, Moskvaya uçsa da, təşkilatçılar konsertin təxirə salındığını bildiriblər.

Ləğv edilən tədbirin yenidən baş tutacağı üçün Rusiyaya səfər edən şəxs növbəti dəfə də eyni səhnə ilə qarşılaşıb. Bu səbəbdən o, Qufu məhkəməyə verərək ondan 500 min rubl (təxminən 11 min 019 manat) məbləğində təzminat tələb edib.(axşam.az)

Mənbə: moderator.az