Bu ölkələrə səyahət etmək istəyənlərin NƏZƏRİNƏ: Həbs oluna bilərsiniz… – ARAŞDIRMA/FOTOLAR

Bu ölkələrə səyahət etmək istəyənlərin NƏZƏRİNƏ: Həbs oluna bilərsiniz… – ARAŞDIRMA/FOTOLAR<span class="qirmizi"></span>

 

Hər ölkə fərqlidir və fərqli qanunları var. Bəzən bu qanunlar çox gülünc səslənir, bəzi vaxtlar da həmin ölkənin adət-ənənələrinə işarə edir. Lakin bir sıra qanunlar var ki, siz onlara əməl etməsəniz, həbsə düşə bilərsiniz.

Yenicag.az dünyanın ən qəribə 10 qadağasını təqdim edir.

Əgər Sinqapura yolunuz düşsə, saqqız çeynəməyin. Bu ölkədə 1992-ci ildən bəri saqqız çeynəmək, satmaq, kiməsə vermək qadağandır. Küçədə saqqız çeynəyərkən həbs oluna və ya cərimələnə bilərsiniz.

Hərdən fərqində olmadan benzininiz bitir və yolda qalırsınız? Almaniyaya getsəniz, orada benzininizin bitməsi sizin günahınız sayılır və buna görə cərimələnə bilərsiniz.

Avropanın ən çox səyahət edilən ölkələrindən biri olan Yunanıstanda dikdaban ayaqqabı geyinmək qadağandır. Lakin bu qayda ölkənin yalnız paytaxtında yerləşən Akropolis məbədində keçərlidir. Bunun səbəbi isə odur ki, sözügedən ərazi çox qədimdir və iti dabanlar yeri zədələyə bilər.

Şotlandiya da öz qəribə qanunları ilə maraq obyektinə çevrilib. Belə ki, şotlandların inək sürmək kimi bir adəti var. Amma içkilisinizsə, bu qadağandır. Eyni zamanda Şotlandiya sərxoş vəziyyətdə silah daşımağı da qadağan edib.

Tarixi abidələrin qarşısında şəkil çəkdirməyi və xatirə kimi saxlamağı sevirsiniz? Şri-Lankaya səyahət edərkən bu barədə xeyli götür-qoy etməlisiniz. Çünki orada yerləşən “Budda” heykəlinin qarşısında selfi çəkdirmək qadağandır. Heykəl ilə şəkil çəkdirərkən ona baxmadığınız və arxanızı çevirdiyiniz üçün bu böyük hörmətsizlik sayılır.

Danimarkada hər kəsin üzü görünməlidir. Siz orada maska, dəbilqə, papaq, saxta saqqal, şərf və burka taxa bilməzsiniz. Qərar 2018-ci ildən bəri qüvvəyə minib. Qərarın tətbiq edilmə səbəbi odur ki, böyük bir mitinq olsa, polis sizi tanıya bilsin.

Əsəbiləşəndə hisslərinizi cilovlaya bilməyib söyüş söyürsünüzsə, Birləşmiş Ərəb Əmirliklərində həbs oluna bilərsiniz. BƏƏ cinayət məcəlləsinin 373-cü maddəsinə əsasən, söyüş insanın şərəfini təhqir edir. Hətta ötən il Dubaya səhayət edən bir türk bloger bildirmişdi ki, küçədə onu narahat edən insana söyüş söyüb. Daha sonra isə hadisə yerinə polislər gəlib və bunu cinayət kimi dəyərləndirib.

Texnologiyanın ən sürətlə inkişaf etdiyi ölkə olan Yaponiyada da heç kəsə məntiqli gəlməyən qərar qəbul edilib. Burada gecə 12-dən sonra rəqs edə bilmərsiniz, çünki günah hesab edilir.

Fransa isə, sizdən ölümünüzü əvvəlcədən hiss etməyinizi tələb edir. Əgər hazır dəfn yeriniz yoxdursa, ölməyiniz qadağandır.

Boliviyanın La Paz şəhərində subay qadınlara bir qədəhdən artıq şərab içmək qadağandır. Onların inancına görə, bir qədəhdən artıq içmək qadını əxlaqsızlaşdırır.

Mənbə: yenicag.az