Türkiyəli məşhurlardan etiraz - Fotolar

Türkiyəli məşhurlardan etiraz - Fotolar<span class="qirmizi"></span>

"RTÜK"ün (Türkiyədə Radio və Televiziya Ali Şurası) "Show TV"də yayımlanan "Kızılcık şerbeti" serialı ilə bağlı qərarından sonra bir çox məşhur sima sosial media hesablarından etirazını bildirib.

Qərara ilk reaksiya verənlərdən biri müğənni Hadisə olub. O, qurumun 2018-ci ildə yayımladığı "Sıfır tolerans" klipinə qoyduğu qadağanı xatırladıb:

"Klipimə vurulan erotika damğası və televiziya kanallarında yayımlanmasına qoyulan qadağadan sonra bunlara təəccüblənmirəm. O vazt da susmadım, indi də susmuram. "Kızılcık şerbeti"nə qoyulan bu qadağa yersizdir."

Sözügedən ekran işində "Kıvılcım" obrazına həyat verən aktrisa Evrim Alasya da qərara etirazını bildirənlər arasında yer alıb.

Serialın digər ulduzu aktrisa Sıla Türkoğlu "Cəmiyyətimizdə qadınların qarşılaşdığı acı gerçəklərlə üzləşdirdiyimiz, ya susan qadın obrazı yaratmadığımız üçün?" deyə qərarı sual edib.

Aktyor Emre Kınay isə sözügedən serialın posterinin fonunda qurumun Ramazan ayı boyunca çəkiləcək səhnələrdə yemək yeməyin və su içməyin qadağan edildiyini iddia edib:

"RTÜK yayım şirkətlərinə xəbərdarlıq göndərib. 1 ay boyunca yemək və su qadağandır. Məsələn, kiminsə ölmək üzrə olan bir səhnəsi çəkiləcək. Su içirə bilməzsiniz. Yoxsa cəza veriləcək. 4-cu Muratın (red. Osmanlı imperiyasının hökmdarlarından biri) dövründən betərdir. Səsini çıxaran yayım şirkəti, aktyor da yoxdur. Amma hamı layiq olduğu demokratiyanın tərəfdarıdır. Səsinizi çıxarmayacaqsınız? Bu qədər qorxursunuz?"

Paylaşım edənlər arasında aktrisalar arasında Nurgül Yeşilçay, Eda Ece və Özge Gürel də yer alıb.(axşam.az)

 

Mənbə: moderator.az