HBO-dan yeni serial gəlir

HBO-dan yeni serial gəlir

8-ci mövsümün finalını edən və son mövsümü ilə pərəstişkarlarını çox məyus edən serial Game of Thrones-un keçmişindən bəhs edən serial hər kəs tərəfindən maraqla gözlənilir. Serial ilə bağlı ilk görüntülər baş rolda yer alan Naomi Watts-dan gəldi.

Milli.Az chip.az-a istinadən bildirir ki, bir çox xüsusi istehsal ilə öz adını qazanan və son zamanlarda öz yayım platformasına diqqət çəkən HBO, Game of Thrones həvəskarlarını sevindirəcək yeni serial çəkməyə davam edir. Məşhur aktrisa Naomi Watts-ın baş rol aldığı serial, Game of Thrones-dan əvvəli izah edəcək.

İtaliyanın Gaeta şəhərində qurulan setdən ilk görüntünü təqdim edirik:

Yayılan görüntüdə yeni serialın işinin sürətli olduğu məlum olur. Onu da əlavə edək ki, Watts yeni serialda sirr saxlayan xarizmatik obrazı canlandıracaq. Serialdakı adlar arasında Naomi Watts, Miranda Richardson, Naromi Ackie, Josh Whitehouse və Denise Gough var.

Milli.Az

Mənbə: news.milli.az