7 aylıq evlilik bitdi, boşanırlar

7 aylıq evlilik bitdi, boşanırlar

Avstraliyalı aktyor Liam Hemsvort 7 aydır evli olduğu amerikalı müğənni və aktrisa Mayli Sayrusla boşanır.

Cebhe.info xəbər verir ki, L.Hemsvort boşanmaq üçün Los-Angeles məhkəməsinə müraciət edib.

Qeyd edək ki, 29 yaşlı aktyor boşanma səbəbi olaraq aralarındakı anlaşmazlıqları göstərib.

Xatırladaq ki, Mayli ilə Liam 2018-ci ilin dekabrında gizli şəkildə ailə qurub. Cütlük Tennessi ştatında nikaha daxil olub.

Leyla Aslan
Cebhe.info

 

 

Mənbə: cebhe.info