"Əslində bir bəstəkarın bu qədər işin içində yüksək təqdimatını daha cox dəyərləndirmək lazımdır..."

Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq istəməsi maraqla qarşılanıb. AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca müsahibəsində quruma üzv olmaq üçün ən azı müəllifin üç kitabı olmasını vurğulayıb.

Əməkdar artist Elza Seyidcahan Moderator.az-a açıqlamasında elə çapdan çıxan kitabının üç kitaba bərabər olduğunu və Fikrət Qocanın onun üçün problem yaratmayacağına ümid etdiyini bildirib:

"Mənim nəfis kitabım elə üç kitaba bərabərdir. Orada həm şeirlər, həm rəsmlər, həm də, simfonik musiqim, "Qələbə Uvertyura"sı var.

Əvvala AYB-ə üzv olmaq fikri hardan yarandı onu deyim. Gördüyüm iş göz qabağında olub hər zaman. Mən gizlin-pünhan işlərlə ortaya çıxmamışam. Sənətimi sübut etmişəm. Kitabımı yüksək sənət çərçivəsində təqdim etmişəm. Həmçinin də AYB-ə əslində bir bəstəkarın bu qədər işin içində belə yüksək təqdimatını daha cox dəyərləndirmək lazımdır. Axı dahi Üzeyir Hacıbəyov kimi bəstəkarlarımız da zamanında felyetonlar, şeirlər, mətnlər yazıblar. Çunki onlar seçilmiş insanlar olublar. Əslində məndə fikir yaranmır. Bu bir vergidir. Allah əmr verir, ol desə, olur. Qaldı ki, üç kitab məsələsinə ömür davam edir. Mən hətta , 30 kitab müəllifi də, olaram Allah Fikrət müəllim kimi şairlərimizi xalqımıza cox görməsin".

Vasif Əlihüseyn

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Bəzi deputatlarımızın xaricdə iri biznesi barədə jurnalist araşdırmaları nədən reaksiyasız buraxılır...

SONRAKI XƏBƏR

Kimyaçı alimin biblioqrafik göstəricisi çapdan çıxıb