Tünzalənin "Vasif, oxuya bilmirsən" deməsindən danışdı

Tünzalənin "Vasif, oxuya bilmirsən" deməsindən danışdı<span class="qirmizi"></span>

Əməkdar artist Vasif Məhərrəmli Xalq artisti Tünzalə Ağayeva ilə aralarında yaşanan qalmaqaldan danışıb.

Axşam.az xəbər verir ki, "Özəl Tube"də qonaq olan müğənniyə "Vasiflə Tünzalənin münasibəti necədir" sualı ünvanlanıb. Vasif isə Ağayevanın onun haqqında dediyi "Vasif, sən oxuya bilmirsən" sözünün yanlış anlaşıldığını bildirib:

"Bu sualı nəyə eyham edirsiniz bilirəm. Tünzalə bir söz işlətdi və yüz dəfə dedi ki, elə demək istəmirdim. Tünzalənin bəlli janrı var: Avropa janrı, Amerikan blüz janrında, estrada oxuyur. Bizdə bu cür oxuyan Samirə Allahverdi, Sevda Ələkbərzadə var. Çox yaxşı dostuq, həm də yerliyik".

Qeyd edək ki, məclislərin birinə qatılan Ağayeva mahnı oxuyub və rəqs edib. Həmin an Vasif ondan mikrofonu almaq istəyib. Tünzalə isə ona "Vasif, sən oxuya bilmirsən" sözlərini söyləyib. Məhərrəmli isə "Əsl sənət budur" deyə, Ağayevanı tərifləyib.

 

 

Mənbə: big.az