Nüşabə Ələsgərli: “Deyirlər ki, oğlum yaşda kişiyə ərə getmişəm” – VİDEO

Nüşabə Ələsgərli: “Deyirlər ki, oğlum yaşda kişiyə ərə getmişəm” –

Əməkdar artist Nüşabə Ələsgərli İran əsilli fitnes məşqçisi, həyat yoldaşı Məhəmmədrza Məhəmmədi ilə evliliklərindən söz açıb.

Bu haqda sənətçi “Xeyirli axşam” verilişində danışıb.

Həyat yoldaşı ilə arasında 7 yaş fərq olduğunu söyləyən sənətçi bildirib ki, çoxları oğlu yaşda kişiyə ərə getdiyini deyib onu qınayırlar:

“Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm. Haqqımda deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib. Aramızda yaş fərqi isə cəmi 7 ildir. Amma belə deyə-deyə biz artıq 18 ildir ki, bir yerdəyik. 20 yaş kiçik olanlar var, heç dillənmirlər”.
Qeyd edək ki, Nüşabə Ələsgərlinin birinci evlilikdən bir oğlan və bir qız övladı var.

Mənbə: bizim.media