Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar

Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar

Xəbər verdiyimiz kimi, aprelin 2-dən Azərbaycanda ilk sosial televiziya nümunəsi olaraq DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq.

Artıq televiziyanın aparıcı heyəti də bəlli olub. Belə ki, uzun illər müxtəlif televiziya kanallarında çalışmış bu məşhur simalar müxtəlif sosial layihələrlə DOST TV-nin efirində izləyiciləri ilə görüşəcəklər:

Şahin Əliyev – “Lider” və “ARB” kanallarında;

Rəşad Mehdili – AZTV-də;

Murad Haşımov – “AZTV”, “ARB” telekanallarında, “Araz FM” radiosunda;

Sərvər Abdullayev – “ARB”, “Xəzər” və “İTV” telekanallarında;

Rüstəm İbadov – Xəzər TV-də;

Fidan Cəfərova – “Xəzər”, “Lider”, “ANS” və “ATV” telekanallarında, “106” və “106.3” FM radiolarında;

Gülnar Əzizova – “CBC” telekanalında və AVTO FM-də;

Fərqanə Səfər – Space TV-də;

Əsmər Nəcməddinqızı – “ATV” və “ARB” 24 kanallarında çalışıblar.
Qeyd edək ki, adıçəkilən şəxslər, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən ayrı-ayrı qurumların ictimaiyyətlə əlaqələr sahəsində çalışırlar.

Mənbə: www.musavat.com