“Yeşilçam”ın məşhur aktyoru vəfat etdi

“Yeşilçam”ın məşhur aktyoru vəfat etdi

“Yeşilçam”ın məşhur aktyoru Türker İnanoğlu vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat paylaşıb.

1936-cı ildə Türkiyənin Safranbolu vilayətində anadan olan Türker İnanoğlu 65 il türk kinosuna töhfə verib.

Əfsanəvi prodüser və aktyor İnanoğlu çoxsaylı film və serial layihələrində iştirak edib.

Bunlara “Arka Sokaklar”, “Yabancı Damat”, “Cennet Mahallesi”, “Akasya Durağı” kimi məşhur serialları misal göstərmək olar.

Qeyd edək ki, Türker İnanoğlu həm də məşhur aktyor Sezer İnanoğlunun (Sezercik) əmisi idi.

Mənbə: qafqazinfo.az