Şəhid atasının sözləri aparıcı Günayı efirdə AĞLATDI - VİDEO

Şəhid atasının sözləri aparıcı Günayı efirdə AĞLATDI -

Aparıcı Günay Baxşəliyeva efirdə göz yaşlarına boğulub.

Bizim.Media xəbər verir ki, buna səbəb Günayın aparıcısı olduğu “Günaylı gün” verilişinin canlı yayımına Haqverdi adında şəhid atasının zəng vurması olub.

Şəhidin valideyninin sözləri aparıcını kövrəldib:

“Mən sizin həyatınızı izləmişəm. Zaurla nişanlı olan vaxtdan bəri sizi izləyirəm. 2 balanız var, Allah onları sizin gözünüzə çıraq etsin, xeyir işlərini, uğurlarını görəsiniz. Arzu edirəm, bütün arzularınıza çatasınız. Gün o gün olsun ki, nəyin ki, 3 hətta 4, 5 və daha çox verilişləriniz olsun”, - deyə Haqverdi bəy bildirib.
Bu sözlər qarşısında çox kövrəldiyini söyləyən G.Baxşəliyeva “Bir şəhid atasından bunları eşitmək çox dəyərlidir. Sizə minnətdaram. Allah sizi var etsin, bizə çox görməsin. Çox kövrəltdiniz məni” ifqdələrini dilə gətirib və ağlayıb.


Rəşad Əliyev, Bizim.Media

Mənbə: bizim.media