Tolikin sponsorlarına göz dikən aparıcı kimdir?

Tolikin sponsorlarına göz dikən aparıcı kimdir?

"Bir vaxtlar özünü bomba sayan aparıcılar indi internet tv-lərə möhtac qalıb və MTV haqqında fikir bildirirlər. İstədin ölkədə ən açıqsözlü aparıcı olasan, amma qapaz yedin, telekanallara həsrət qalmısan. Yutub kanalı mənim vecimə deyil, 10 sponsorum var. Onların da hamısı adıma gəlib. Görüm, sənin o ağıllı, bilikli adına necə sponsor gələcək. MTV bəzilərinə yaman dərd olub".

Yenisabah.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında yazıb.

O, ad çəkmədən rəqibinin sponsorları öz verilişinə cəlb etməyə çalışdığını deyib:

"Deyirlər, Tolik danışır. Bu günə qədər heç bir aparıcı deyə bilməz ki, kiminsə sponsoruna yığıb danışmışam. İndi mənim sponsorlarıma zəng edirlər. Bəzi müğənnilər aparıcılara yaltaqlanmaq üçün sponsorlara zəng vrurlar. Gedin öz işinizlə, ərinizlə məşğul olun. 10 sponsorum var, apara bilirsinizsə, gəlin aparın".

Mənbə: yenisabah.az