Xalq artisti Röya Ayxan 16 may tarixində Moskvada "Vegas City Hall"da konsert verəcək.
Bu barədə artist instaqramda məlumat yayıb. O, foto paylaşaraq "Moskva konsertimiz mayın 16-ı olacaq. Hazırıqmı?" sözlərini yazıb.
Xatırladaq ki, estrada ulduzunun konserti “Crocus City Hall”da keçən ay baş verən terror hadisəsi ilə əlaqədar təxirə salınmışdı. Onun 22 mart tarixindəki konsert biletlərinin hamısı qısa müddətdə satılmışdı.
Mənbə: publika.az