Müğənni Nura Suri “Sevgimiz dənizdir”, “Sevirəm” adlı bir-birindən fərqli layihələrindən sonra dincəlmək niyyətində deyil.
Sənətçi bu dəfə fəlsəfi bir proyektə imza atıb. O, doğum günündə “Dünyaya qəribəm” adlı klipini təqdim edib.
Ekran işində həyatın fərqli yönlərinə vurğu edən Suri iki obrazda qarşımıza çıxır. İri qanadları ilə Qobustan qayalıqlarında gördüyümüz müğənni üçün paltar bir həftəyə hazırlanıb. Transparan bodi tərzində olan libasla o, bu dünyadan olmadığını bildirmək istəyir. Digər səhnələrdə isə ifaçı şərq üslubunda olan bir məkanda görünür.
Klip sosial mesajları ilə diqqət çəkir. Məğlub və qalib, dilənçilər və tiktokerlər, cəmiyyətin müxtəlif varlı və kasıb təbəqələri, xoşbəxt və şiddət görən uşaqlar, evlənən və həyat yoldaşı şəhid olan xanımlar paralel şəkildə nümayiş etdirilib.
Klipin ssenari müəllifi və rejissoru Toğrul Rzayevdir. Mahnının sözləri Tofiq Sədrəddin, musiqisi isə Fərid Ağaya məxsusdur.
Layihə üzərində 50-dən çox komanda üzvü çalışıb. Çətin hava şəraitində günlərlə davam edən çəkiliş üçün Nura Surinin libaslarını modelyer-dizayner Nərgiz Qeybullayeva hazırlayıb. Fotoları isə Məhəbbət Nəsirov lentə alıb.
Mənbə: publika.az