Əməkdar artist Cavanşir Məmmədovin nəşi Qurd qapısı qəbiristanlığına aparılıb.
Mərhum sənətçi anası Gülü Məmmədovanın yanında dəfn olunub.
16:06
Əməkdar artist Cavanşir Məmmədovla evində keçirilən vida mərasimi başa çatıb.
Onun nəşi dəfn olunması üçün Qurd qapısı qəbiristanlığına aparılır.
15:48
Əməkdar artist Cavanşir Məmmədovun nəşi Göy məsciddən evinə aparılıb.
Mərhum sənətçi ilə vida mərasimi keçirilir.
15:26
Əməkdar artist Cavanşir Məmmədov Qurd qapısı qəbiristanlığında dəfn olunacaq.
Bunu açıqlamasında Cavanşir Məmmədovun qudası Vəli Məmmədov deyib.
Onun sözlərinə görə, mərhum sənətçi yüksək təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkirmiş:
“Hazırda başımız yas məclisinə qarışdığı üçün onun konkret olaraq nədən vəfat etdiyini bilmirik, heç həkimin verdiyi kağıza da baxmamışıq”.
Hazırda Cavanşir Məmmədovun cənazə namazı qılınır.
15:15
Bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəşinin ekspertizası bitib.
Onun cənazəsi Göy məscidə gətirilib.
13:57
Əməkdar artist Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlanıb.
O, Yasamal qəbiristanlığında dəfn ediləcək.
Onun nəşi ekspertiza üçün Respublika Klinik Xəstəxanasına aparılıb, sonra isə Göy məscidə göndəriləcək.
Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.
12:55
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.
Müğənni bu gün ürək çatışmazlığından dünyasını dəyişib.
Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib.
Mənbə: oxu.az