Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Əməkdar artist Cavanşir Məmmədov qəfil ürəktutmasından evində vəfat edib.
Sənətkarın qudası bildirib ki, sənətkarın ölümü 5 dəqiqə ərzində baş verib:
“Cavanşir müəllim durduğu yerdə dünyasını dəyişdi. Demək olar ki, beş dəqiqə ərzində Cavanşir müəllimi itirdik. O dünən toyda olub. Onunla axşam saatlarında danışmışdım. Zarafatlaşmışdıq… Səhər işə getmək istəyirdi. Çünki görəcəyi işlər vardı. Nəvəsi gedib görüb ki, babası “xırıldayır”… Allah rəhmət eləsin”.
Mənbə: yenisabah.az