Dünyanın ən zəngin insanları siyahısında liderlik edən Bill Qeyts 27 illik həyat yoldaşı Melinda ilə 2021-ci ildə boşanıb. İddia olunurdu ki, ailənin dağılmasının başlıca səbəbi "Microsoft" yaradıcısının xəyanəti olub. Qeyd olunurdu ki, iş adamı tabeliyində olanlardan bir qadın ilə görüşməyə başlayıb. Bundan sonra mətbuatda milyarderin mütəmadi olaraq striptiz klublarındakı qapalı məclisləri ziyarət etməsi, eləcə də Ceffri Epşteyn ilə dostluğunun təfərrüatları yer aldı.
Qeytsin "qadın düşkünü" olması ilə bağlı şayiələrin nə dərəcədə doğru olduğunu mühakimə edə bilmərik. Lakin o, yeni sevgisinin məxfiliyini kifayət qədər tez açdı.
Publika.az xəbər verir ki, iş adamı hazırda Paula Heardla sevgilidir. Cütlük ya tətildə, ya da tennis turnirlərində tez-tez birlikdə görüntülənir. Onlar Ceff Bezos və Lauren Sançezin nişanı şərəfinə təşkil olunan özəl ziyafətə də birlikdə təşrif buyurmuşdular. Ötən həftə isə məşhur cütlük ilk dəfə "Breakthrough Prize" mərasiminin qırmızı xalı keçidində ictimaiyyət qarşısına çıxmağa qərar verdi.
Bəs dünyanın ən zəngin insanlarından birinin ürəyini fəth etməyi bacaran bu şanslı qadın kimdir?
Pola 60 yaşındadır. O, proqram təminatı şirkəti "Oracle"ın baş direktoru və "Hewlett-Packard"ın keçmiş icraçısı Mark Hurdla evli olub. Təəssüf ki, Mark 2019-cu ildə vəfat edib.
Paula özü İT sahəsində təhsil alıb və əvvəlcə öz ixtisası üzrə çalışıb. Görünür, Bill ilə məhz iş prosesində tanış olub. Ancaq son bir neçə ildir ki, o, yalnız xeyriyyə işləri ilə məşğul olur və şəxsi saytında yazıldığı kimi, "şəxsi, korporativ və sosial sahədə unudulmaz tədbirlər təşkil edir".
Mənbələrə görə, Bill və Paulanı ortaq maraqları bir-birinə yaxınlaşdırıb. Onların hər ikisi xeyriyyəçidir və hər ikisi tennis həvəskarıdır. Heardın iki yetkin qızı var. O, mərhum ərindən qalan böyük mirası onlarla bölüşür. Paulanın sərvəti, milyarderlərin standartlarına görə, kiçikdir - cəmi 4 milyon dollar.
Aytən
Mənbə: publika.az