Ranardan AzTV-nin əməkdaşları haqda yayılan xəbərə münasibət: "Ayıb olsun!"

Ranardan AzTV-nin əməkdaşları haqda yayılan xəbərə münasibət: "Ayıb olsun!"

Azərbaycan Televiziyasının bədii rəhbəri Ranar Musayev ötən gün qəzaya düşən telekanalın əməkdaşları haqda yayılan xəbərləri yalanlayıb.

Belə ki, bəzi saytlarda qəzaya səbəb kimi əməkdaşlardan ikisinin narkotik vasitələrdən istifadə etməsi göstərilib.

Open.az xəbər verir ki, Ranar Musayev sosial şəbəkələrdə yayılan xəbərləri sərt şəkildə qınayıb.

O, bu xəbərlərin uydurma və sifarişli olduğunu qeyd edib: "İndi bizim uşaqları narkoman, az sonra qatil edəcəklər. Amma bu şər-böhtana baxmayaraq, AzTV-də dəyişikliklər davam edəcək. Sizin sifarişçi də, siz də qanunla cavab verəcəksiniz. Ayıb olsun! Uşaqlarımız nə halda, bunların yazdıqlarına bax".

Bədii rəhbər daha sonra baş verən hadisəni olduğu kimi şərh edib: "Ötən gün işdən çıxan 4 əməkdaşımızın hər biri saatda 20 km sürətlə gedən avtomobildə idi. Darvazadan yenicə çıxan avtomobilimizin qarşısına, qarşı yoldan yüksək sürətlə çıxan və avtoş tərəfdən idarə olunan digər maşın çıxıb. Nəticədə bizim avtomobilə çırpılıb və əməkdaşlarımız xəsarət alıb. 2 xanım və 2 kişi əməkdaşımız təcili tibbi yardımla Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır idi. Hazırda əməliyyat tələb olunur. Bu şər-böhtana görə hər kəs cavab verəcək".

Qeyd edək ki, qəza baş verən zaman AzTV-nin İT-kreativ şöbəsinin əməkdaşları olan Nicat Əsədov və Samir Cəfərov avtomobildə 2 xanımla olublar. Parlament prospektində 2 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Cəfərzadə Samir Şahid oğlu və daha 2 xanım xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Rəvan Rəd

Mənbə: open.az