"Bu, mövzunun 26 ilimdə qoyduğu ən ağır yaradır" - Azərbaycanlı aktrisa zorakılığa məruz qalıb - VİDEO

"Bu, mövzunun 26 ilimdə qoyduğu ən ağır yaradır" - Azərbaycanlı aktrisa zorakılığa məruz qalıb - VİDEO

Reper KQB, Ani və viner Sabo birlikdə qadına qarşı şiddətə və zorakılığa "Yox" deyən layihəyə imza atıb.

BAKU.WS xəbər verir ki, "Qadın" adlanan layihənin şüarı belədir: Qadına yumruğunu deyil, əlini uzat!

Şiddətə məruz qalmış qadınları aktrisalar Arzum Kərimova, Nuranə Allahverdizadə canlandırıb.

Nuranə Allahverdizadə layihənin şəxsən həyatı ilə birbaşa əlaqəli olduğunu bilıdirib:

"Bu çəkilişə dəvət alarkən mövzu və canlandıracağım obrazlaı maraqlandım. Mövzunun qadına şiddət və zorakılığa qarşı olduğunu duyar-duymaz düşünmədən qəbul etdim. Bu, mövzunun 26 ilimdə qoyduğu ən ağır yara olduğundan qaynaqlandı. Bunu açıqlamağım nə dərəcədə düzgündür, onu düşünmək belə istəmirəm. Məni tanıyanlar dərinliyini yetərincə bilir, bu mənə bəs edər!" 

Digər aktrisa A.Kərimova belə bir layihənin həyata keçirilməsini yüksək qiymətləndirib: "Hər kəs, xüsusilə kişilər anlasın ki, qadına əl qaldırılmaz. Xanımlarımız sevilməyə, xoş sözlərə layiqdir. Qadına qalxan əllərə qırılsın! Şiddətə son!"

Zülfiyyə Qurbanova
BAKU.WS

Mənbə: baku.ws