Azərbaycan Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalında

Özbəkistanın Kokand şəhərində Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalı keçirilir.

Festivalda dünyanın 60 ölkəsindən gələn sənətkarlar, bu sahənin ekspertləri iştirak edir.

Azərbaycandan isə bu festivala tətbiqi sənət üzrə beş nümayəndə qatılıb. Onlar sentyabrın 15-dək Azərbaycanda işlənən xalq tətbiqi sənət nümunələrini nümayiş etdirəcəklər.

Sentyabrın 14-də tədbirin rəsmi açılış mərasimi keçiriləcək. Açılışda Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da iştirak edəcək.

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Krallığın gəlinlərinə QADAĞA: Saat altıdan sonra...

SONRAKI XƏBƏR

Bu ölkədə hər 5 kişidən biri yaxın dostunun arvadı ilə CİNSİ ƏLAQƏDƏ OLUR - FOTO