Məşhur yazıçı ABŞ prezidentini ələ saldı: "Bacarıqsız axmaq"

Məşhur yazıçı ABŞ prezidentini ələ saldı:  "Bacarıqsız axmaq"

Məşhur yazıçı Stiven Kinq "Tvitter"də Donald Trampı "bacarıqsız axmaq" deyə qiymətləndirib.

Moderator.az xəbər verir ki, "The Guardian" qəzetinə açıqlama verən məşhur qorxu romanı yazıçısı ABŞ prezidentinin miqrasiya siyasətinin yeni kitabı "The Institute" üzərində heç bir təsiri olmadığını deyib.

"Kitab o bacarıqsız axmaq prezident olmadan əvvəl yazılmışdı. Uşaqlar bütün dünyada həbs edilir və kölə halına gətirilir. Ümid edirəm ki, kitabı oxuyanlar bu hakimiyyətin qəddar və irqçi siyasətinə qarşı mübarizə apara bilər" şəklində danışıb.

Qeyd edək ki, məşhur yazıçı "Tvitter" hesabında Trampın prezident seçildiyi vaxtan bəri onu ələ salır.

Kamran

Mənbə: moderator.az