“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər – FOTO

“Avroviziya” təmsilçilərimiz İsveçə yola düşdülər –

Builki “Avroviziya” təmsilçilərimiz Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətov İsveçə yollanıblar.

Duet ortaqları Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşməzdən əvvəl bayrağımızla çəkdirdikləri fotoları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüblər.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda planlaşdırılıb. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.








Mənbə: bizim.media