“Alibaba”nın qurucusu işçilərinə rok konserti verərək vidalaşdı - Video

“Alibaba”nın qurucusu işçilərinə rok konserti verərək vidalaşdı - Video

Dünyanın ən böyük elektron-ticarət səhifələrindən olan “Alibaba”nın qurucusu Cek Ma 20 il əvvəl qurduğu şirkətindən təqaüdə ayrılıb.

Interpress.az xəbər verir ki, milyarder işçiləri ilə fərqli formada vidalaşıb. Belə ki, Ma olimpiya stadionunda rok konserti verib. Manı “Alibaba”nın qurucularından Lusi Penq, şirkətin texnologiya departamentinin CEO-su Vanq Jian da tək qoymayıb. Onlar da parik taxaraq səhnəyə çıxıblar.

4 saat davam edən konsertin tamaşaçıları əsasən “Alibaba”nın 80 minədək işçisi olub.

Qeyd edək ki, Cek Ma şirkəti Daniel Zhanqa təhvil verib.

100 min işçisi olan “Alibaba 460 milyard dollar bazar qiyməti ilə Asiyanın ən güclü şirkətidir. “Forbes”ə görə isə, 38,4 milyard dollar sərvəti olan Ma Çinin ən zəngin insanıdır.

 

Mənbə: www.interpress.az