30 apreldə baş vermiş tarixi hadisələr

30 apreldə baş vermiş tarixi hadisələr

2009-cu ilin bu günündə Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi törədilib. Akademiyanın 2-ci tədris binasında baş verən terror hadisəsi nəticəsində 12 nəfər ölüb, 13 nəfər yaralanıb.

Bəs, aprelin 30-da dünyada daha hansı hadisələr baş verib?

1. 1563-cü ildə Kral VI Çarlzın əmrilə bütün yəhudilər Fransadan qovulmağa başlandı.

2. 30 aprel 1789-cu ildə Corc Vaşinqton Amerika Birləşmiş Ştatlarının ilk prezidenti oldu.

3. 1803-cü ilin 30 aprelində Amerika Birləşmiş Ştatlarının ərazisi 2 dəfə artdı. Belə ki, ABŞ Luiziana torpaqlarını Fransadan 15 milyon dollar qarşılığında satın aldı.

4. 1937-ci ilin bu günü dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ilk tamaşası oldu. İstedadlı rəssam Rüstəm Mustafayev, rejissor İsmayıl Hidayətzadə, baletmeyster İqor Arbatov, o cümlədən baş rolun ifaçısı Bülbül, balerina Qəmər Almaszadə və başqaları operanın ərsəyə gəlməsinə böyük əmək sərf ediblər. 70 ildən çoxdur ki, “Koroğlu” operası Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarından düşmür.

5. 30 aprel 1945-ci ildə İkinci Dünya müharibəsində Berlində faşist Almaniyasına qarşı son döyüş – Reyxstaqa hücum başlayıb. Adolf Hitler bir gün öncə rəsmi nikaha girdiyi Yeva Braunla intihar edib və iflas etmiş Almaniyanın idarəçiliyini admiral Karl Dönitzin başçılığı ilə müvəqqəti hökumətə vəsiyyət edib.

6. 1975-ci ilin bu günləri Cənubi Vyetnam bütünlüklə Hanoy hakimiyyətinin nəzarəti altına keçdi və Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri Hind-Çin yarımadasından çıxarıldı. 30 apreldə Şimali Vyetnam qoşunları Sayqondakı Azadlıq Sarayına girərək Vyetnam müharibəsini sona çatdırdılar.

7. 1993-cü ilin 30 aprel tarixində dünya miqyasında mühüm və ən geniş ünsiyyət şəbəkəsi olan “World Wide Web” (www) yarandı. CERN "www" proqramı üzərindəki müəlliflik hüququnu aradan qaldırdıqdan sonra internetin istifadəsi hər kəsə sərbəst oldu, açıq qaynaq halına gəldi və bu sahə sürətlə genişlənməyə başladı.

8. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalı barədə 1993-cü ilin 30 aprel tarixində 822 nömrəli qərar qəbul etdi.

9. 30 aprel Beynəlxalq Caz Günüdür. 2011-ci ildə UNESCO tərəfindən caz musiqisinin sülh, birlik və dialoqun, insanlar arasında ünsiyyətin genişləndirilməsində rolunu diqqətə çatdırmaq məqsədilə təsis olunub.

30 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Məşhur çex yazıçısı Yaroslav Qaşek 1883-cü ildə Praqada anadan olub. Yaradıcılığa 20-ci əsrin əvvəllərində oçerk və yumoristik hekayələrlə başlayan Qaşekin “Əskər Şveykin sərgüzəştləri” satirik romanı ona böyük şöhrət qazandırıb. (1883-1923)

2. 30 aprel 1880-ci ildə Xalq rəssamı Əzim Əzimzadə (1880 - 16.6.1943) Bakının Novxanı kəndində doğulub. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalında dərc olunmağa başlayan rəssam Azərbaycanda karikatura janrının banilərindən sayılır.

3. 30 aprel iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, ABŞ-lı iqtisadçı Saymon Smit Kuznesin doğum günüdür (1901-1985). İqtisadiyyatın emprik elm kimi formalaşması və iqtisadi tarixin kəmiyyətinin inkişafı Kuznesin adı ilə bağlıdır.

4. 1947-ci ilin bu günündə Xalq artisti, tanınmış tarzən Ramiz Quliyevin anadan olub. Sənətkar dünyanın bir sıra ölkələrində Azərbaycan musiqisini təbliğ edib. O, bir çox beynəlxalq və milli mükafatlara layiq görülüb. Beynəlxalq müsahibələr laureatı, dirijor Əyyub Quliyevin atasıdır.

5. Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseyinquliyev 30 aprel 1991-ci ildə dünyaya göz açıb.

Surxay Atakişiyev, Bizim.Media

Mənbə: bizim.media