Özbəkistanın “Caxon adabiyyati” jurnalında Azərbaycan yazıçılarının əsərləri çap olunub - FOTOLAR

Özbəkistanın “Caxon adabiyyati” jurnalında Azərbaycan yazıçılarının əsərləri çap olunub - FOTOLAR

Özbəkistanın “Caxon adabiyyati” jurnalında Azərbaycan yazıçılarının əsərləri çap edilib.

ATV.az AZƏRTAC-a istinadən xəbər verir ki, nəşrdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Əlbəttə görüşərik” hekayəsi dərc edilib. Hekayəni orijinaldan özbək yazıçısı Mamatkul Hazratkulov çevirib.

Jurnalda Rəsul Rza, Fikrət Sadıq, Nəbi Xəzri, Abbas Abdulla, Yusif Həsənbəy, Eldar Baxış, Rüstəm Behrudi, Hidayət, Sultan Mərzili, Vaqif Bayatlı Önər, Fikrət Mursaqulov, Ayaz Arabaçı, Ülvi Bünyadzadə və İslam Türkayın şeirləri çap olunub.

Şeirləri isə ədəbiyyatımızın yaxın dostu, mərhum şair və tərcüməçi Usman Kuçkar və Uktamoy tərcümə edib.

Ümumiyyətlə, “Caxon adabiyyati” tez-tez Azərbaycanın şair və yazıçıları, alimlərinin əsərlərinə müraciət edir.

ATV.az

 

Mənbə: www.atv.az